...

Fransada şagird müəllimi bıçaqlayaraq öldürüb

Dünya xəbərləri Materials 22 Fevral 2023 16:31 (UTC +04:00)
Fransada şagird müəllimi bıçaqlayaraq öldürüb

Bakı. Trend:

Pireney yarımadasının Fransa hissəsində Sen-Toma-d'Akvin orta məktəbinin şagirdi ispan dili müəlliməsinə bıçaqla hücum edib.

Trend bu barədə BFM telekanalına istinadən xəbər verir.

Müəllimə döş qəfəsindən yaralanıb, ürəyin və tənəffüsün dayanması qeydə alınıb.

RTL radiostansiyasının bildirdiyinə görə, müəllimə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Radiostansiyanın verdiyi məlumata əsasən, 16 yaşlı şagird dərsə bıçağı öz çantasında gətirib. Hücumun dəqiq səbəbləri hələlik müəyyən edilməyib, lakin ilkin istintaq zamanı şagird hüquq-mühafizə orqanlarına "müəllimənin başını kəsməyini əmr edən səslər eşitdiyini" deyib.

Fransa hakimiyyətinin rəsmi nümayəndəsi təhsil və gənclər naziri Pap Ndiayın hadisənin baş verdiyi Sen-Jan-de-Luts icmasına yollandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti