...

Biz bu sınaqdan daha güclü çıxacağıq - Süleyman Soylu

Dünya xəbərləri Materials 23 Fevral 2023 12:50 (UTC +04:00)
Biz bu sınaqdan daha güclü çıxacağıq - Süleyman Soylu

Bakı. Trend:

Şəhərlərimiz daha düzgün yerlərdə qurulacaq, uşaqlarımız daha güclü şəhərlərdə yaşayacaq. Biz bu sınaqdan daha güclü çıxacağıq.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Zəlzələlər nəticəsində 43 min 556 vətəndaşımızı itirmişik. Bu, az rəqəm deyil. 10 AFAD əməkdaşımız da həyatını itirib, cəmiyyətin hər təbəqəsindən həlak olanlar var. Biz həyatını itirən hər bir vətəndaşımız qarşısında məsuliyyət daşıyırıq. Bu travmanı ancaq böyük birlik və həmrəyliklə aradan qaldıracağıq", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti