...

“Avatar: Suyun Yolu” filmi "Oskar" mükafatını qazandı

Dünya xəbərləri Materials 13 Mart 2023 07:24 (UTC +04:00)
“Avatar: Suyun Yolu” filmi "Oskar" mükafatını qazandı

Bakı. Trend:

Ceyms Kemeronun “Avatar: Suyun yolu” (2022) filmi "Ən yaxşı vizual effektlər" kateqoriyasında "Oskar" mükafatını qazanıb.

Trend-in məlumatına görə, bu barədə 95-ci Amerika Kino Sənətləri və Elmləri Akademiyasının mükafatlandırma mərasimində bildirilib.

Mett Rivzin "Betmen" (The Batman, 2022), Edvard Berqerin "Qərb cəbhəsində sakitlikdir" (Im Westen nichts Neues, 2022), Rayan Kuqlerin "Qara pantera: Vakanda əbədi" (Black Panther: Wakanda Forever, 2022) və Cozef Kosinskinin "Top Qan: Meverik" (Top Gun: Maverick, 2022) filmləri də namizədlər arasında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti