...

Aİ Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfrans keçirəcək

Dünya xəbərləri Materials 20 Mart 2023 04:56 (UTC +04:00)
Aİ Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə dəstək məqsədilə konfrans keçirəcək

Bakı. Trend:

Avropa İttifaqı Türkiyə və Suriyadakı zəlzələ bölgələrinə maliyyə dəstəyi toplamaq üçün bugün Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Donorlar Konfransı keçirəcək.

Trend xəbər verir ki, Avropa İttifaqının (Aİ) elan etdiyi konfrans Türkiyənin koordinasiyası ilə Aİ Komissiyası və Avropa Şurasının müvəqqəti sədri İsveç tərəfindən birgə təşkil edilib.

Konfransa Avropa İttifaqına üzv, namizəd və potensial namizəd ölkələr, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla G20 üzvləri, Körfəz Əməkdaşlıq Şurasının üzvləri, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa və beynəlxalq maliyyə qurumları dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti