...

Finlandiya bu gün NATO-nun 31-ci üzvü olacaq

Dünya xəbərləri Materials 4 Aprel 2023 03:45 (UTC +04:00)
Finlandiya bu gün NATO-nun 31-ci üzvü olacaq

Bakı. Trend:

Finlandiyanın NATO-ya qəbulunun rəsmi mərasimi çərşənbə axşamı təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan ikigünlük iclasının açılışı olacaq.

Trend xəbər verir ki, Finlandiya İsveçlə birlikdə NATO-ya daxil olmaq niyyətində idi, lakin Stokholm Ankaranın Türkiyədə terrorizmdə ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın NATO-ya daxil olmasını əngəlləməkdə davam edir.

Bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, əvvəlcə alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiya üçün qəbul protokollarının ratifikasiya olunmuş əslini (ABŞ bütün NATO sənədlərinin depozitarisidir) ABŞ dövlət katibi Entoni Blinkenə təhvil verəcəklər, daha sonra alyansın qərargahı qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq və təntənəli nitqlər səsləndiriləcək.

"Bu, tarixi həftədir. Sabah (çərşənbə axşamı - red.) biz Finlandiyanı NATO-nun 31-ci üzvü kimi alqışlayacağıq və Finlandiyanı daha təhlükəsiz edərək ittifaqımızı daha da gücləndirəcəyik. Sabahdan Finlandiya NATO-nun tamhüquqlu üzvü olacaq", - deyə baş katib bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti