...

Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş olub

Dünya xəbərləri Materials 6 Aprel 2023 23:37 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onun dəvəti ilə Türkiyədə aprelin 6-7-də rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrov ilə Xarici İşlər Nazirliyinin rəsmi iqamətgahında iftar süfrəsi arxasında görüşüb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sergey Lavrovu Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov müşayiət edib.

Aprelin 7-də nazir Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüş keçirəcəyi və beynəlxalq gündəmdəki müxtəlif məsələləri müzakirə edəcəyi və onunla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti