...

ABŞ dövlət katibi İsveçin iyul ayına kimi NATO-ya üzv olacağına əminliyini ifadə edib

Dünya xəbərləri Materials 7 Aprel 2023 05:29 (UTC +04:00)
ABŞ dövlət katibi İsveçin iyul ayına kimi NATO-ya üzv olacağına əminliyini ifadə edib

Bakı. Trend:

ABŞ administrasiyası 11-12 iyulda Vilnüsdə NATO sammitinə qədər İsveçin alyansa üzv olacağına əmindir.

Trend xəbər verir ki, bunu "Euronews" telelanalına müsahibəsi zamanı ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Əminəm ki, bu, tezliklə baş verəcək. İyulda Vilnüsdə keçiriləcək NATO sammitinə qədər İsveçin Finlandiya kimi NATO-nun yeni üzvü olaraq qoşulacağını gözləyirəm", - deyə dövlət katibi bildirib.

E.Blinken xatırladıb ki, Türkiyə və Macarıstan hələ də İsveçin alyansa qoşulmasına dair sazişi təsdiq etməyiblər.

"Türkiyənin qanuni maraqları var və bu problemlərin bəzilərini həll etmək üçün həm Finlandiya, həm də İsveçlə birbaşa və uğurla işləyib. Düşünürəm ki, siz bu prosesin uğurunun Finlandiyanın NATO-ya qəbulunda özünü göstərdiyini gördünüz. Mən tam gözləyirəm ki, yaxın həftələrdə və aylarda İsveçlə də eyni şey olacaq, hər halda ehtimal edərdim ki, Vilnüs sammitinə qədər bu baş verəcək", - deyə E.Blinken bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti