...

İstanbul ətrafında yeni şəhərciklər yaradılacaq - Ərdoğan

Dünya xəbərləri Materials 13 Aprel 2023 06:29 (UTC +04:00)

Bakı. Trend:

İstanbulda 220 min bina zəlzələ baş verdiyi halda dağılma riski altındadır.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz 1999-cu ildən əvvəl tikilmiş binaların risk analizini aparmağa başladıq. Bu binaların əksəriyyətinin təcili olaraq yenidən inşa edilməsi lazımdır”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan, həmçinin, İstanbul ətrafında yeni şəhərciklərin meydana gələcəyini və binalarının yenidən inşasına razı olanların həmin ərazilərə köçürülməsinin mümkün olacağını da bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti