...

Parisdə pensiya islahatına qarşı etirazlar zamanı azı 112 nəfər saxlanılıb (VİDEO)

Dünya xəbərləri Materials 15 Aprel 2023 02:28 (UTC +04:00)
Parisdə pensiya islahatına qarşı etirazlar zamanı azı 112 nəfər saxlanılıb (VİDEO)

Bakı. Trend:

Parisdə cümə günü Fransa Konstitusiya Şurası tərəfindən əsas müddəaları təsdiqlənən pensiya islahatına qarşı nümayişlərdə 100-dən çox etirazçı saxlanılıb.

Trend xəbər verir ki, bu barədə polis prefekturasına istinadən "CNews" telekanalı məlumat yayıb.

Məlumata əsasən, etirazlar zamanı polislərlə toqquşmalar baş verib, etirazçılar bir sıra yanğınlar törədiblər. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə etməli olub.

Nümayişlər zamanı ümumilikdə 112 nəfər polislər tərəfindən saxlanılıb.

Qeyd edək ki, ötən gün Fransa Konstitusiya Şurası pensiya islahatını qanuni hesab edib və pensiya yaşının 64 yaşa qaldırılmasını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti