Bakı. Trend:
Sudan ordusu paytaxt Xartumda Prezident Sarayını mühasirəyə alıb.
Trend-in məlumatına görə, Prezident Sarayının bütün girişləri bağlanıb, bina zirehli texnika ilə mühasirəyə alınıb, şəhərdə atışma gedir.
Ordu ilə Çevik Hücum Qüvvələri arasında toqquşmalar var.
Hava limanının ələ keçirildiyi, uçuşların dayandırıldığı elan
edilib. Ölkənin şimalındakı Meroe aerodromu da ələ keçirilib.
Bundan əlavə, çevik qüvvələr ölkənin əsas hakimiyyətin simvolu olan
Xartumdakı Respublika Sarayını nəzarətə götürdüklərini
təsdiqləyiblər.
Sudan ordusu bildirir ki, xüsusi təyinatlılar hərbi qərargahı ələ
keçirməyə və mövcud hökuməti devirməyə çalışırlar.