...

64 milyondan çox Türkiyə vətəndaşı seçkilərdə iştirak edəcək

Dünya xəbərləri Materials 18 Aprel 2023 18:08 (UTC +04:00)

Bakı. Trend:

Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində ümumilikdə 64 milyon 113 min 941 nəfər səsvermədə iştirak edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurasının (YSK) sədri Ahmet Yener bildirib.

Məlumata əsasən, Türkiyədə yaşayan 60 milyon 697 min 843 seçicinin 30 milyon710 min 790-ı, yəni 50,60 faizini qadınlar təşkil edir.

Kişi seçicilərin sayı isə 29 milyon 987 min 53 nəfər olmaqla 49.40 faiz təşkil edir.

İlk dəfə səsvermədə iştirak edəcək vətəndaşların sayı isə 4 milyon 904 min 672 nəfərdir.

Bundan əlavə, 973 vilayət və 1094 dairə seçki komissiyasında ümumilikdə 191 884 seçki qutusu komissiyası yaradılacaq.

Ahmet Yener bildirib ki, xaricdə 3 milyon 416 min 98 nəfər səsvermədə iştirak edəcək.

“Bu seçicilərin 1 milyon 595 min 158-i qadın seçicilərdir ki, bu da xaricdəki seçici sayımızın 46,70 faizinə bərabərdir. Bundan başqa, kişi seçicilərin sayı 1 milyon 820min 940 nəfərdir ki, bu da seçicilərin 53.30 faizini təşkil edir”, - deyə o əlavə edir.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti