...

Sudanda Türkiyənin təxliyə təyyarəsinə atəş açılıb

Dünya xəbərləri Materials 28 Aprel 2023 12:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdurmaların davam etdiyi Sudanda qalan Türkiyə vətəndaşlarının təxliyə missiyası üçün Vadi Seyidna hava limanına gedən C-130 təxliyə təyyarəsinə yüngül silahlardan atəş açılıb.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Türkiyə Milli Müdafiə Nazirliyi qarşıdurmaların davam etdiyi Sudanda qalan Türkiyə vətəndaşlarının təxliyəsini davam etdirir.

"Təyyarəmiz sağ-salamat Sudanda yerə eniş edib, heç bir personal yaralanmayıb", - deyə bildirilib.

Xatırladaq ki, Sudanda silahlı qüvvələr ilə Çevik Reaksiya Qüvvələrinin hərbiləşdirilmiş qrupu arasında qarşıdurmalar yaşanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti