...

ABŞ hərbi pilotsuz qayıqları sınaqdan keçirir - Pentaqon

Dünya xəbərləri Materials 3 May 2023 07:22 (UTC +04:00)
ABŞ hərbi pilotsuz qayıqları sınaqdan keçirir - Pentaqon

Bakı. Trend:

ABŞ hərbi təyinatlı pilotsuz qayıqlar və uçuş aparatlarını sınaqdan keçirir, gələcəkdə isə pilotsuz tanklar hazırlamağı düşünür.

Trend xəbər verir ki, bunu "Foreign Affairs" jurnalına müsahibəsində ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

"Biz suüstü, həm də sualtı pilotsuz qayıqları sınaqdan keçirir və inkişaf etdiririk. Biz mahiyyətcə pilotsuz olacaq müasir qırıcı və bombardmançı təyyarələri də sınaqdan keçiririk. Gələcəkdə böyük bir hissəsi pilotsuz olacaq yük maşınları, tanklar və yerüstü nəqliyyat vasitələrini görəcəksiniz. Robotlaşdırılmış texnologiya çox, çox sürətli, düşündüyünüzdən daha sürətli, orduda istifadə edilməyə başlayır", - deyə M.Milli bildirib.

O, həmçinin gələcəkdə ABŞ ordusunun süni intellekt texnologiyalarından və kvant kompüterlərindən istifadə etməyə başlayacağını istisna etməyib.

"Fikrimcə, bunun gələcəkdə müharibənin aparılmasına ciddi təsir edəcəyi şübhəsizdir. Keçmişdə olduğu kimi, bu texnologiyaları döyüşlərin aparılması üçün optimallaşdıran ölkə ən azı gələcək münaqişənin ilkin mərhələlərində həlledici üstünlüyə malik olacaq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti