...

“Air Moldova” aviaşirkəti uçuşları və bilet satışını dayandırıb

Dünya xəbərləri Materials 3 May 2023 04:39 (UTC +04:00)

Bakı. Trend:

"Air Moldova" aviaşirkəti qeyri-müəyyən müddətə uçuşların və bilet satışlarının dayandırıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Məlumata əsasən, qərar aviaşirkətin iflasa uğramaması üçün sürətləndirilmiş restrukturizasiyanın elanı ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, fəaliyyətin bərpası məhkəmə qərarından sonra 3 gün ərzində mümkün olacaq.

Qeyd edilir ki, məhkəmə sürətləndirilmiş restrukturizasiya tələbini qəbul edərsə, şirkət uçuşları və bilet satışlarını bərpa edə biləcək. İnvestorlar 50 milyon dollar sərmayə qoymağa hazırdırlar - bu, maliyyə problemlərini həll etməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti