Bakı. Trend:
"SpaceX", "Tesla" və "Twitter" şirkətlərinin sahibi amerikalı biznesmen İlon Mask distant işə qarşı çıxıb.
Trend xəbər verir ki, bu barədə İ.Mask "CNBC" telekanalına müsahibəsində bildirib.
"Siz evdən işləyəcəksiniz, amma maşınlarınızı istehsal edən insanların fabrikdə işləməsini istəyirsiniz? Yeməklərinizi bişirən insanlar evdən işləyə bilmir, onlardan nə istəyirsiniz? Evinizi təmir edən insanlar - onlar evdən işləyə bilərmi? Bəs siz? Sizcə, bu, mənəvi cəhətdən düzgündürmü?", - deyə o bildirib.
Onun sözlərinə görə, müəyyən istisnalar var. "Bəzi istisnalar var, amma mən hesab edirəm ki, ümumiyyətlə, evdən işləmək ideyası Mariya-Antuanetteyə "Qoy tort yesinlər" ifadəsinə bənzəyir", - deyə İ.Mask bildirib.