...

"Apple" işçilərinə "ChatGPT"dən istifadəni qadağan etdi

Dünya xəbərləri Materials 19 May 2023 16:21 (UTC +04:00)
"Apple" işçilərinə "ChatGPT"dən istifadəni qadağan etdi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Apple" işçilərinə "ChatGPT"dən istifadəni qadağan edib.

Trend-in məlumatına görə, buna təhlükəsizliklə bağlı narahatlıqlar səbəb olub.

Belə ki, "Microsoft" tərəfindən də dəstəklənən "ChatGPT" mart ayında istifadəçilərinə söhbət tarixçələrinə baxmağa icazə verdi. Bundan sonra "ChatGPT" istifadəçilərin söhbət tarixçəsini söndürmək və AI modelinin təliminə töhfə verməmək üçün seçimlər əlavə etsə də, bu tədbirlər onu "Apple"ın gözündə təhlükəsiz etməyib. "Apple" mühəndislərinin yazdığı kodların bu platformalar vasitəsilə başqalarına sızdırılmasından ehtiyyat edir.

Qeyd edək ki, "Apple"ın yeni süni intellekt layihəsinə 2018-ci ildə "Google"dan gələn Con Giannandrea rəhbərlik edir. Şirkət "Siri"yə təbii danışıq qabiliyyəti verəcək "Bobcat" kod adlı yeni texnologiyanı sınaqdan keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti