...

ABŞ Çin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

Dünya xəbərləri Materials 22 May 2023 23:13 (UTC +04:00)
ABŞ Çin müdafiə nazirinə qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

Bakı. Trend:

ABŞ administrasiyası Çinin müdafiə naziri Li Şanfuya qarşı sanksiyaları ləğv etməyi düşünmür.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mettyu Miller deyib.

"Xeyr, belə deyil. Mən bununla məhdudlaşacam. Belə deyil" - deyə o, jurnalistin müvafiq sualına cavab verib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden bazar günü Xirosimada keçirilən G-7 sammitindən sonra mətbuat konfransında deyib ki, administrasiya bu ehtimalı nəzərdən keçirir. ""Bu, indi müzakirə olunur. <...> Cavab: bu, indi müzakirə olunur", - C.Bayden ABŞ-ın Li Şanfuya qarşı məhdudiyyətləri aradan qaldıra və ya yumşalda biləcəyinə dair suala cavabında deyib. Eyni zamanda, C.Bayden vurğulayıb ki, Vaşinqton ABŞ hökumətinin Çinin hərbi potensialını gücləndirməsi üçün zəruri hesab etdiyi texnologiya və materialların Pekinə tədarükünə qoyulan qadağanı ləğv etməyi düşünmür.

M.Millerdən brifinqdəki cavabının C.Baydenin sözlərini təkzib etməsi demək olub-olmadığı soruşulub. "Bu, qətiyyən belə deyil. O C.Bayden - red.) həm də açıq şəkildə bildirdi ki, biz ona (Li Şanfuya - red.) və ya ümumilikdə Çinə qarşı hər hansı sanksiyaları ləğv etməyi planlaşdırmırıq", - deyə M.Miller bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti