...

İstanbulda 10-dan çox İŞİD üzvü saxlanılıb

Dünya xəbərləri Materials 23 May 2023 11:30 (UTC +04:00)
İstanbulda 10-dan çox İŞİD üzvü saxlanılıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində anti-terror əməliyyatı keçirilib.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, İstanbul polisinin keçirdiyi anti-terror əməliyyatı nəticəsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 12 şübhəli üzvü saxlanılıb.

Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıb.

Əməliyyatın detalları barədə geniş məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti