...

Bu gün Türkiyə parlamentinin yeni sədri seçiləcək

Dünya xəbərləri Materials 7 İyun 2023 07:30 (UTC +04:00)
Bu gün Türkiyə parlamentinin yeni sədri seçiləcək

Bakı. Trend:

Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçiləcək.

Trend xəbər verir ki, parlamentin Baş Assambleyası bu məqsədlə yerli vaxtla saat 14:00-da toplanacaq.

Gizli səsvermə baş tutacaq.

İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. İlk iki turda 400 səs toplanmazsa, səsvermənin üçüncü turu keçiriləcək. Bu turda parlamentin sədri seçilmək üçün 301 səs kifayət edəcək. Seçki dördüncü tura keçərsə, ən çox səs toplayan namizəd sədr seçiləcək.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası bu posta Numan Kurtulmuşun, Cümhuriyyət Xalq Partiyası Tekin Bingölün, İyi Partiya isə Cihan Paçacının namizədliyini irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti