...

Türkiyə ilə Avropa İttifaqı arasında təmasların artırılması vacibdir - Ərdoğan

Dünya xəbərləri Materials 7 İyun 2023 19:38 (UTC +04:00)
Türkiyə ilə Avropa İttifaqı arasında təmasların artırılması vacibdir - Ərdoğan

Bakı. Trend:

Türkiyənin Avropa üçün böyük strateji dəyəri olan Aİ-yə tamhüquqlu üzvlüyünə uyğun olaraq konkret və müsbət gündəmlə bütün səviyyələrdə təmasların artırılması vacibdir.

Trend TurkicWorld-a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı zamanı bildirib.

Görüş zamanı, gömrük ittifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyəti haqqında danışılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti