Bakı. Trend:
Minskdə KTMT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü işinə başlayıb.
Trend xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Minskdə çıxışı zamanı etdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb. Belə ki, Patruşev "ABŞ postsovet ölkələri ilə Rusiyanın konstruktiv münasibətlərini pozmaq və MDB, Aİİ (Avrasiya İqtisadi İttifaqı) və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaq üçün görünməmiş təzyiq göstərir", deyə bildirib.