...

Güclü yağışlar nəticəsində Ankaranın bəzi hissələri su altında qalıb (VİDEO)

Dünya xəbərləri Materials 11 İyun 2023 22:16 (UTC +04:00)
Güclü yağışlar nəticəsində Ankaranın bəzi hissələri su altında qalıb (VİDEO)

Bakı. Trend:

Ankarada bazar günü günortadan sonra başlayan leysan yağışları nəticəsində şəhərin bəzi hissələri su altında qalıb.

Trend xəbər verir ki, yaşayış binalarının birinci mərtəbələrini, iş yerlərini, eləcə də yeraltı keçidləri də su basıb.

Şəhərin küçələrində yığılan suyun dərinliyinin bəzi yerlərdə 50 santimetrə çatdığı bildirilir.

Qeyd edilir ki, çoxlu sayda avtomobilə də ziyan dəyib.

Sinoptiklərin məlumatına görə, yağışlar yeni həftənin ilk günlərində də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti