...

Bolqarıstanda silah-sursat anbarında partlayış...

Dünya xəbərləri Materials 25 İyun 2023 16:12 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanın cənub-şərqində yerləşən silah-sursat anbarında bir neçə partlayış baş verib.

Trend xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi (BTA) polisə istinadən məlumat yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində yanğın başlayıb, lakin xəsarət alan olmayıb.

Müvafiq qurumlar hadisə yerində lazımi tədbirlər həyata keçirir. Yanğının baş vermə səbəbləri araşdırılır, dəymiş ziyanın məbləği hesablanır.

Xəbər lenti

Xəbər lenti