...

ABŞ-da silahlı hücum zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Dünya xəbərləri Materials 5 İyul 2023 03:52 (UTC +04:00)
ABŞ-da silahlı hücum zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Bakı. Trend:

ABŞ-ın Texas ştatında festival iştirakçılarını hədəf alan silahlı hücumda 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, yerli telekanala danışan polis rəsmilərin məlumatına görə, atışma ötən gecə Texas ştatının Fort-Uort şəhərinin cənub-qərbindəki Komo məhəlləsində baş verib.

Adıçəkilən məhəllədə hər il keçirilən “ComoFest” festivalının iştirakçılarını hədəf alan silahlı hücumla bağlı hələlik heç kimin saxlanılmadığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti