Bakı. Trend:
Türkiyədə Qurban bayramı günlərində quru, hava və dəmir yolu ilə 35 milyondan çox insan səyahət edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Onun sözlərinə görə, Qurban bayramını əhatə edən 9 günlük tətil dövründə səyahət edənlərin təxminə 7,9 milyonu hava nəqliyyatından istifadə edib. Türkiyə daxilində hava limanlarında eyni tarixlərdə 54 min 124 təyyarə və 7 milyon 882 min sərnişinin uçuşu reallaşdırılıb.
Bildirib ki, bayram günlərində sərnişin biletlərinə baha qiymətlər tətbiq edən şirkətlərə 3 milyon 182 min 8 lirə inzibati cərimə kəsilib.