...

Türkiyənin Düzce və Zonquldak vilayətlərində daşqınlar baş verib

Dünya xəbərləri Materials 10 İyul 2023 03:54 (UTC +04:00)
Türkiyənin Düzce və Zonquldak vilayətlərində daşqınlar baş verib

Bakı. Trend:

Türkiyənin Düzce və Zonquldak vilayətlərində yağan güclü yağışdan sonra bir çox yerlərdə daşqınlar baş verib, bəzi evlərə və əkin sahələrinə ziyan dəyib.

Trend-in məlumatına görə, Düzcedə dünən axşam saatlarından yağan güclü yağış avtomobillərin hərəkətində çətinlik yaradıb, bəzi yollar bağlanıb. Güclü yağışlar nəticəsində ikimərtəbəli ev uçub.

Vilayətin valisi Cövdət Atay 470-dən çox vətəndaşın təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti