Bakı. Trend:
Cevdet Yılmaz 15 iyul şəhidlərinin xatirəsini rəhmətlə yad edib.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bununla bağlı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz öz rəsmi twitter hesabında paylaşım edib.
"15 iyul xəyanətkar dövlət çevrilişinə cəhddən 7 il keçir. Nə vətənimizi hədəfə alan xəyanətkarları, nə də canları bahasına Vətənimizi müdafiə edən igidlərimizi unutmadıq. Şəhidlərimizi rəhmətlə yad edirik. Qəhrəman veteranlarımıza təşəkkür edir, cansağlığı və firavanlıq arzulayıram”,- deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.