Bakı. Trend:
ABŞ İranla nüvə razılaşması üzrə danışıqların gedişatından narazıdır.
Trend-in məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Ceyk Sallivan İranın nüvə proqramı ilə bağlı heç bir razılaşmaya yaxın olmadıqlarını vurğulayıb.
"Danışıqlar yaxşı getmir. Lakin yaxşı məqam bundan ibarətdir ki, bu məsələdə Avropalı tərəfdaşlarla vahid mövqe mövcuddur", - deyə C.Sallivan bildirib.