...

Çinin yüksək səviyyəli diplomatı Türkiyəyə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 19 İyul 2023 17:04 (UTC +04:00)

Bakı. Trend:

Çinin diplomatı yüksək səviyyəli diplomatı, Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Van Yi 26 iyul tarixində Türkiyəyə rəsmi səfər edəcək.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlama verib.

"Van Yi Cənubi Afrika Respublikasının naziri Khumbudzo Ntshavheninin və Nigeriya, Keniya, Cənubi Afrika, Türkiyə hökumətlərinin dəvəti ilə iyulun 24-25-də Yohannesburqda keçiriləcək BRİKS Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələrin 13-cü Toplantısında iştirak edəcək, görüşdən əvvəl və sonra Nigeriya, Keniya, Cənubi Afrika, Türkiyəyə səfər edəcək”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Van Yi 2021-ci ildə Çinin xarici işlər naziri kimi Türkiyəyə səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti