Bakı. Trend:
Aydında havaların isti keçməsi ilə əlaqədar açıq ərazilərdə sıxlıq azalıb. Kuşadasında istirahət edənlərin sandalları istidən əriyən asfalta yapışıb.
Trend xəbər verir ki, şəhərdə havanın temperaturu günorta saatlarında 41 dərəcəyə çatıb.
Efelerin mərkəz mahalında vətəndaşlar çölə çıxmamağa üstünlük verib. Çölə çıxanlar kölgəli yerlərdə daldalanırdılar.
Rayonun meydan və küçələrində insanların sıxlığının azaldığı müşahidə olunub. İstidən boğulanlar sərinləmək üçün Kuşadası və Didim rayonlarındakı çimərlikləri doldurub.
Kuşadası Davutlar yolunda asfalt əriyib. Əriyən asfaltdan yolu keçmək istəyən vətəndaşlar çətin anlar yaşayıb. Bəzi vətəndaşların başmaqları əriyən asfalta ilişib.