...

Çexiya Parlamenti bu sazişə "hə" dedi

Dünya xəbərləri Materials 20 İyul 2023 12:02 (UTC +04:00)
Çexiya Parlamenti bu sazişə "hə" dedi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çexiya Parlamenti ABŞ ilə müdafiə sahəsində müxtəlif növ əməkdaşlığı nəzərdə tutan sazişi təsdiqləyib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, ötən ay iki ölkənin müdafiə nazirləri tərəfindən imzalanan müdafiə sazişi Çexiya parlamentində 115 deputatın səsi ilə qəbul edilib.

Çexiyanın müdafiə naziri Yana Çernoxova parlamentdəki çıxışında ABŞ ordusunun bu ölkədə mümkün yerləşdirilməsinin və iki ordu arasında əməkdaşlığı nəzərdə tutan hərbi müdafiə sazişinin ölkənin təhlükəsizliyi üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, sözügedən saziş tam qüvvəyə minməsi üçün Çexiya Prezidenti Petr Pavel tərəfindən də təsdiqlənməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti