Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistoriusun sabah İraqa edəcəyi səfər təhlükəsizliklə əlaqədar olaraq ləğv edilib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.
İsveçdə Quranın yandırılmasından sonra, Bağdaddakı İsveç səfirliyi qarşısında etiraz aksiyalarının keçirlməsi səbəbi ilə Pritoriusun səfəri ləğv edilib.
Məlumat üçün bildirək ki, Müdafiə naziri Pistoriusun İraqa səfəri zamanı terror təşkilatı İŞİD-lə mübarizə aparmaq üçün yaradılan NATO bölməsində xidmət edən alman əsgərləri ziyarət etməsi və İraqın müdafiə naziri ilə görüşü planlaşdırılıb.
Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib