Bakı. Trend:
Bəhreyn Xarici İşlər Nazirliyi Stokholmun hər iki ölkədə maraqlarını təmsil edən İsveçin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) müvəqqəti işlər vəkilini Quranın yandırılması aksiyasına qarşı etiraz notası təqdim etmək üçün çağırıb.
Trend-in məlumatına görə, bu barədə Nazirliyin bəyanatında bildirilib.
Qeyd olunub ki, Bəhreyn İsveç hakimiyyətini "Stokholmun mərkəzində polis mühafizəsi altında ekstremistlərə Qurani-Kərimi yandırmağa və təhqir etməyə icazə verdiyinə görə" qınayıb. Nazirlik həmçinin iştirakçıların dini ehtiram obyektlərinə ictimai hörmətsizlik nümayiş etdirərək, nifrət və düşmənçiliyin qızışdırılmasına şərait yaradan aksiyaların keçirilməsini məhdudlaşdırmağa çağırıb.