...

Almaniyada sığınacaq istəyənlərin qarşısına bu tələb qoyuldu

Dünya xəbərləri Materials 26 İyul 2023 17:23 (UTC +04:00)
Almaniyada sığınacaq istəyənlərin qarşısına bu tələb qoyuldu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada sığınacaq istəyənlərin ictimai işlərdə çalışması təklif olunub.

Trend xəbər verir ki, Xristian Demokrat İttifaqı Partiyasının (CDU) nümayəndəsi Yoahim Valter məclis toplantısında sığınacaq axtaranların alternativ olaraq ictimai maraqlara uyğun fəaliyyət göstərən qurumlarda da çalışmasının sosial qəbul baxımından əhəmiyyətli olacağını bildirib.

Baden-Vürtemberq icma şurasının prezidenti Steffen Ceger də şəhər şurasının iclasında ölkədəki qaçqınların vəziyyətinə toxunub.

"Dövlət hər bir fərdin öz imkanları daxilində, məsələn, ictimai işlərlə cəmiyyətin uğuruna töhfə verməsini də gözləyə bilməlidir", - Almaniyanın ehtiyacı olanlara əl uzatdığını qeyd edən Ceger bildirib.

Qeyd edək ki, Almaniya parlamenti ölkəyə işçi miqrantların cəlb edilməsi üçün radikal qanun qəbul edib. Yeni sistem yaş, bacarıqlar, ixtisaslaşma və Almaniya ilə istənilən əlaqəni nəzərə alacaq. Əməkhaqqı, təhsil səviyyəsi və alman dilinə yiyələnmə ilə bağlı meyarlar aşağı salınacaq.

Bununla miqrantların Almaniyaya iş təklifi olmadan belə gəlişinin asanlaşacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti