...

Son illərdə hava hücumundan müdafiə sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişik - Haluk Görgün

Dünya xəbərləri Materials 26 İyul 2023 20:30 (UTC +04:00)
Son illərdə hava hücumundan müdafiə sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişik - Haluk Görgün

Bakı. Trend:

Son illərdə hava hücumundan müdafiə sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişik.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi rəhbəri Haluk Görgün deyib.

O qeyd edib ki, hava hücumundan müdafiə sistemləri dünyada əsas prioritetlərdən biridir.

“ASELSAN, ROKETSAN, TÜBİTAK SAGE və bu şirkətlərlə işləyən onlarla subpodratçımız çox dəyərli məhsullar istehsal etdilər. İnteqrasiya edilmiş və sistematik sinergetik tədqiqatlarla, demək olar ki, hər kateqoriyada məhsullar istehsal olunaraq istifadəyə verilir.” – deyə Görgün vurğulayıb.

ASELSAN baş direktoru Ahmet Akyol qeyd edib ki, hava və raketdən müdafiə sahəsində bilik və təcrübələrini yeni milli sistemlər hazırlayaraq nümayiş etdiriblər.

"Biz ASELSAN-ın ən müasir məhsulları ilə iştirak etdiyi IDEF-də ölkəmizin hava hücumundan müdafiəsini qoruyacaq sistemləri nümayiş etdirməkdən haqlı olaraq qürur duyuruq.” – deyə Akyol bildirib.

Məlumat üçün qeyd edək ki, 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində ASELSAN Hava Hücumundan Müdafiə Məhsullarının təqdimat mərasimi keçirilib.

Sərgi çərçivəsində ASELSAN tərəfindən hazırlanan GÜRZ Hibrid Hava Hücumundan Müdafiə Sistemi, GÖKSUR Yaxın Hava Hücumundan Müdafiə Raket Sistemi, GÖKDEMİR Raket Atış Sistemi və GÖKBERK Mobil Lazer Silah Sistemi nümayiş edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti