...

Avropa Komissiyası Yunanıstana yanğınsöndürən təyyarələr göndərib

Dünya xəbərləri Materials 28 İyul 2023 00:24 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyası Yunanıstanda meşə yanğınları ilə mübarizə üçün bu ölkəyə 9 ədəd yanğınsöndürən təyyarə göndərib.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari özünün mikrobloqunda yazıb.

Qeyd edək ki, Yunanıstanda tüğyan edən meşə yanğınlarıartıq bir neçə müddətdir davam edir. Meşə yanğınları ölkənin bir neçə regionunda qeydə alınıb.

Yanğınların söndürülməsi ilə bağlı işlər davam etdirilir. Yanğınların yayılmasına küləyin güclənməsi də təsir edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti