...

Pakistanda terror aktı nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

Dünya xəbərləri Materials 31 İyul 2023 00:54 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində hakim koalisiya partiyası olan İslam Alimləri Assambleyasının qurultayında terrorçu-intiharçının hücumu nəticəsində azı 44 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Trend-in məlumatına görə, bu barədə “Dawn” qəzeti əyalətin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

"Bu, intihar hücumu idi. Terrorçu bilavasitə qurultayın keçirildiyi yerin yaxınlığında özünü partladıb”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti