...

ASELSAN dünyanın ən güclü müdafiə sənayesi şirkətləri arasındadır

Dünya xəbərləri Materials 7 Avqust 2023 17:54 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri Fondunun ASELSAN şirkəti dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısında 47-ci yerdə qərarlaşıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu barədə ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib.

"Siyahıda yer almağımız türk müdafiə sənayesinin qlobal arenada qət etdiyi məsafənin göstəricisidir. Daha yüksək pillələrə qalxmaq üçün daha çox çalışacağıq", - deyə o,qeyd edib.

Qeyd edək ki, ASELSAN ilk dəfə 2006-cı ildə 97-ci yeri tutaraq dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısına daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti