Bakı. Trend:
Finlandiya ABŞ-la müdafiə sahəsində əməkdaşlıq haqqında sazişi müzakirə edir.
Trend-in məlumatlna görə, bu barədə “Yle” yayım portalı bildirib.
"Müzakirə olunan sazişin parlamentdə təsdiqi üçün üçdə iki səs tələb oluna bilər. Finlandiyanın NATO-ya üzvlüyü üçün bu tələb olunmurdu", - portal qeyd edir.
Razılaşmanın məqsədi ABŞ-ın Finlandiyadakı hərbi obyektlərini və ərazilərini, məsələn, təlim, silahların saxlanması və texnikaya qulluq üçün təmin etməkdir.
Sənəd başqa dövlətin qoşunlarına Finlandiyada hərbi təlimlər zamanı olduğundan daha uzun müddət qalmağa imkan verəcək.