...

Türkiyənin Aliağa limanı 3 mindən çox gəmi qəbul edib

Dünya xəbərləri Materials 11 Avqust 2023 09:40 (UTC +04:00)
Türkiyənin Aliağa limanı 3 mindən çox gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul aylarında Türkiyənin İzmir şəhərindəki Aliağa limanı 3 min 757 gəmi qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Vurğulanıb ki, qeyd edilən müddət ərzində Aliağa limanı Türkiyə bayrağı altında üzən 980, digər ölkələrin bayraqları altında üzən 2 min 777 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 606 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 628, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 978 olub.

2023-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 444 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 728, Türkiyə bayrağı altında olan gəmilər isə 10 min 716 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti