...

Türkiyənin ASELSAN şirkəti 35 milyon dollar dəyərində müqavilə imzalayıb

Dünya xəbərləri Materials 28 Avqust 2023 15:02 (UTC +04:00)
Türkiyənin ASELSAN şirkəti 35 milyon dollar dəyərində müqavilə imzalayıb

Bakı. Trend:

Türkiyənin ASELSAN şirkəti 35,6 milyon dollar dəyərində "TOLUN" idarəolunan sursat ixracı müqaviləsi imzalayıb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Aselsan Elektronik Sənaye ve Ticarət tərəfindən məlumat verilib.

"Baykar və Akıncıda istifadə ediləcək ümumi dəyəri 35 milyon 580 min dollar olan TOLUN rəhbərli sursat ixracı müqaviləsini imzaladıq. Bu müqavilə TOLUN idarəolunan sursatların ilk ixrac müqaviləsidir",- deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, ASELSAN ilk dəfə 2006-cı ildə 97-ci yeri tutaraq dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısına daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti