Bakı. Trend:
ABŞ döyüş təyyarələri Suriyanın şərqində PKK/YPG terror təşkilatı ilə ərəb qəbilələri arasında qarşıdurmanın olduğu Deyrizor əyalətində İranın dəstəklədiyi qruplaşmalara qarşı hava hücumları təşkil edib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, ABŞ döyüş təyyarələri iki hərbi maşını hədəfə alıb. Ölən və yaralananların olduğu, maşınlardakı sursatların partladığı deyilir.
Qeyd edək ki, Deyrizor əyalətinin mərkəzi və qərbi 2017-ci ilin noyabrında İŞİD terror qruplaşmasının ərazidən geri çəkilməsindən sonra Bəşər Əsəd rejiminin nəzarəti altına keçib.