...

Bu ölkədə 2 saatda 61 min dəfə ildırım çaxdı - Ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 4 Sentyabr 2023 09:32 (UTC +04:00)
Bu ölkədə 2 saatda 61 min dəfə ildırım çaxdı - Ölənlər və yaralananlar var

Bakı. Trend:

Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Bildirilib ki, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti