Bakı. Trend:
Rusiyanın Moskva vilayətinə dron hücumu olub.
Trend-in məlumatına görə, bu barədə öz "Telegram" kanalında Moskvanın meri Sergey Sobyanin bildirib.
"Gecə saatlarında Ramenski rayonunda hava hücumundan müdafiə sistemi Moskvaya PUA ilə hücum cəhdinin qarşısını alıb", - deyə Moskva meri yazıb.
Qeyd edək ki, dronlardan biri Moskva vilayətində, daha ikisi isə Rostov vilayətində hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.