...

Qazaxıstan və Türkiyə arasında gömrük nəzarəti prosedurları sadələşdirilir

Dünya xəbərləri Materials 7 Sentyabr 2023 09:38 (UTC +04:00)
Qazaxıstan və Türkiyə arasında gömrük nəzarəti prosedurları sadələşdirilir

Bakı. Trend:

“Qazaxıstan Respublikası ilə Türkiyə Respublikası arasında məlumat mübadiləsi və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsi haqqında Sazişin təsdiq edilməsi haqqında” qanun qəbul edilib.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, qanunun məqsədi iki ölkə arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında elektron məlumat mübadiləsi vasitəsilə gömrük nəzarəti prosedurlarının səmərəliliyini artırmaq və sürətləndirməkdir.

"Türkiyə Çin və İtaliyadan sonra Qazaxıstanın ən böyük ticarət və iqtisadi tərəfdaşlarından biridir”, - deyə qanun layihəsini təqdim edən Qazaxıstan senatoru Nuriyyə Niyazova bildirib.

Qeyd edək ki, iki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildə 6,3 milyard, 2023-cü ildə isə 2,9 milyard dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti