...

Macarıstanda idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 02:17 (UTC +04:00)
Macarıstanda idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Macarıstanın Sekeşfehervar şəhəri yaxınlığında aviaşou zamanı idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in məlumatına görə, bu barədə "MTI" agentliyi xəbər verib.

Məlumata əsasən, təyyarə idarəetməni itirib və yerə yıxılaraq partlayıb.

Təyyarə avtomobil dayanacağının yanında yerə düşüb və partlayıb, orada dayanan avtomobillərdən biri yanıb. Avtomobildə və onun yanında olan şəxslər - iki böyük və iki azyaşlı yanıq və digər bədən xəsarətləri alıblar. Onlar təcili yardımla Sekeşfehervar və Budapeşt xəstəxanalarına aparılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti