Bakı. Trend:
"GÜRZ" hava hücumundan müdafiə sisteminin dünyada ekvivalenti yoxdur.
Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin təhlükəsizlik üzrə eksperti Dr. Eray Güçlüer deyib.
"Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan GÜRZ hava hücumundan müdafiə sistemi dünyada oxşar olanların hamısından üstündür. Gürz, 20 dəqiqədə 1 200 güllə ata bilir. Bu müdafiə sisteminin dünyada ekvivalenti yoxdur",- deyə Eray Güçlüer bildirib.
GÜRZ hava və raket hücumundan müdafiə sistemi, 35 millimetrlik hava hücumundan müdafiə silahı, 4 çox alçaq hündürlük hava hücumundan müdafiə raketi, 4 alçaq hündürlük hava hücumundan müdafiə raketi, 4 aktiv fazalı axtarış radarı, atəş nəzarət radarı, elektro-dan, optik sensorlar və məlumat bağlantısı kimi komponentlərdən ibarətdir.
Çox aşağı hündürlük bölgəsində SUNGUR və ya STINGER kimi MANPAD raketləri istifadə edilərkən, aşağı hündürlük bölgəsində BOZDOĞAN raketi istifadə olunur. GÜRZ-ün patent şəkilləri təxminən bir il əvvəl rusiyalı istifadəçilər tərəfindən sosial mediada "Turkish Pantrsir" olaraq paylaşılıb.
Bununla belə, GÜRZ-ün Pantsirdən daha inkişaf etmiş xüsusiyyətlərə sahib olacağı proqnozlaşdırılır.