...

Türkiyədə 454 qanunsuz miqrant saxlanılıb

Dünya xəbərləri Materials 16 Sentyabr 2023 08:15 (UTC +04:00)
Türkiyədə 454 qanunsuz miqrant saxlanılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ədirnə şəhərində qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə aparılan yoxlamalar zamanı iki gündə 454 qanunsuz miqrant saxlanılıb.

Trend xəbər verir ki, Ədirnə Jandarm Komandanlığı və Təhlükəsizlik İdarəsi tərəfindən şəhərin mərkəzində və rayonlarda yoxlamalar davam etdirilir.

Şəhərdə saxlanılan taksi avtomobillərində Suriya vətəndaşı olan 9 qanunsuz miqrant aşkarlanıb.

Qeyd edilir ki, Ədirnə və rayonlarında jandarm və sərhəd zabitləri tərəfindən aparılan yoxlamalar zamanı habelə Pakistan, İraq, Əfqanıstan və İran vətəndaşlarından ibarət 445 qanunsuz miqrant aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti