...

Putin BMT və Avropa Şurasını hərbi vəziyyət barədə məlumatlandırma qaydasına düzəliş edib

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 11:50 (UTC +04:00)
Putin BMT və Avropa Şurasını hərbi vəziyyət barədə məlumatlandırma qaydasına düzəliş edib

Trend-i buradan izləyin

Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin beynəlxalq təşkilatları Rusiyada fövqəladə vəziyyət barədə məlumatlandırma qaydasının dəyişdirilməsi barədə düzəlişləri Dövlət Dumasına təqdim edib.

Trend xəbər verir ki, bu barədə müvafiq sənəd Rusiya Dövlət Dumasının bazasında dərc olunub.

Bildirilir ki, düzəlişlər Rusiyanın Avropa Şurasında iştirakının dayandırılması ilə bağlıdır. Belə ki, qanun qəbul edildikdən sonra Rusiya hərbi və ya fövqəladə vəziyyətin tətbiqi və ya ləğvi barədə Avropa Şurasını məlumatlandırmayacaq.

Rusiya prezidentinin təklif etdiyi dəyişikliyə əsasən, Rusiyada hərbi və ya fövqəladə vəziyyətlə bağlı yalnız BMT baş katibi məlumatlandırılacaq.

Qeyd edək ki, martın 15-də Rusiya Federasiyasının Parlament Assambleyası ölkənin Avropa Şurasından çıxmasının lehinə yekdilliklə səs verib. Elə həmin gün Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması ilə bağlı qətnaməni təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti