...

ABŞ BMT TŞ-də islahatlar apara bilər

Dünya xəbərləri Materials 19 Sentyabr 2023 20:55 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ BMT Təhlükəsizlik Şurasında “yeni səslərə” və “yeni fikirlərə” ehtiyac olduğunu düşündüyündən bu təşkilatda islahatlar aparılmasına çalışacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bildirib.

“Keçən il burada çıxışımda Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, daimi və qeyri-daimi üzvlərin sayının artırılmasını dəstəkləyəcəyini bəyan etmişdim. Bizə daha çox səs, daha çox fikir lazımdır”, - amerika lideri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti